Bazar , Oktyabr 18 2026
azfa

Molla rejiminin himayəsi altında kürd deputat Azərbaycana qarşı sərsəm bəyanat səsləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini Kermanşahdan olan kürd deputat Şəhriyar Heydəri Azərbaycan həqiqətlərini təhrif edərək, Azərbaycana qarşı sərsəm bəyanat səsləndirib.

O deyib: “Azərbaycan regiondankənar ölkələrin və sionist rejimin imkanlarından istifadə edərək Ermənistan üzərində hərbi üstünlük əldə edib. Bu hərbi güc onun istədiyi yeri işğal etməsinə əsas vermir”.

O, habelə cəfəng fikirlər irəli sürüb:

“Qarabağ ənənəvi olaraq Ermənistana məxsusdur və insanların Ermənistan ərazisinə qaçması Azərbaycan ordusunun onları atəşə tutması və hücumu ilə bağlıdır. Bu, Qarabağda ermənilərin öz mahiyyətini və kimliyini itirməsi demək deyil, çünki bura ənənəvi olaraq həmişə Ermənistana məxsus olub, lakin ermənilər coğrafi blokadaya düşüblər”.

“Bu gün Azərbaycan Qarabağı blokadaya görə çətin vəziyyətə salıb və Qarabağ dörd tərəfdən mühasirədədir…” – deyə ermənipərəst millət vəkili sərsəmləyib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …