Cümə , Yanvar 3 2025
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəal Peyman İbrahiminin həbs müddəti daha bir ay uzadıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbrizdə yaxaladığı azərbaycanlı fəal və Azərbaycan rəqsi müəllimi Peyman İbrahiminin həbs müddəti daha bir ay uzadılıb.

Azərbaycanlı fəalın ailəsi övladlarının vəziyyəti ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət etdikdə, onlara övladlarının müvəqqəti həbs müddətinin daha 1 ay uzadıldığını deyiblər.

Bu gün, azərbaycanlı milli fəal və rəqs müəllimi Peyman İbrahiminin müvəqqəti həbsindən 50 gün keçir.

50 günlük həbs müddətində o, ailəsi ilə yalnız bir dəfə telefonla danışa bilib, ETTELAAT onun telefon danışığını cəmi 10 saniyədən sonra kəsiblər.

Qeyd edək ki, irqçi fars-molla rejimin məmurları Peyman İbrahimi Dinvəri avqustun 26-da Təbrizdə həbs ediblər. Azərbaycanlı fəal saxlanılan zaman vəhşicəsinə  döyüldüyü üçün bədən xəsarətləri alıb.

 Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyaları dövrü yaxalanan fəalın hələlik nədə ittihamı barədə açıqlama vermirlər.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …