Bazar ertəsi , Oktyabr 19 2026
azfa

“Traxtur”un yarışında azərbaycanlı fəallara azad tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dünən oktyabrın 21-də Təbrizin Səhənd atadionunda Güney Azərbaycanın “Traxtur” komandası ilə digər Azərbaycan komandası olan Qəzvinin “Şəms Azər” komandası arasında yarış keçirilib.

Yarış zamanı stadionda olan azərbaycanlı tərəfdarlar üzərində “Azərbaycan milli hərəkatı fəallarını azad edin” yazılmış plakatı açıblar.

Qeyd edək ki, ardıcıl dörd qələbədən sonra Güney Azərbaycanın “Traktor” komandası məğlubiyyətlə qarşılaşıb. Keçirilən yarış 3-2 hesabı ilə “Şəms Azər” komandasının xeyrinə başa çatıb. Bununlada 12 xalla “Traxtur” komandası turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Həmçinin yoxlayın

Vəhidə Kərimi: Şəxsi telefonum və “Instagram” hesabım hələ də təhlükəsizlik qüvvələrinin əlindədir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəinin həyat yoldaşı Vəhidə Kərimi özünün “Instagram” səhifəsində paylaşım edərək bildirib …

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …