Bazar , Noyabr 29 2026
azfa

İran Ermənistanla yol ödənişlərini sıfıra endirir

GADTB: İran Ermənistanla yol tarifini sıfıra endirir. Bunu İran Respublikasının yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş Şimal-Cənub dəhlizinin investisiya layihəsinə dair sənədin imzalanmasının açılış mərasimində çıxışı zamanı deyib.

Ermənistan və İran Şimal-Cənub dəhlizinin İranla həmsərhəd Aqarak şəhərindən Qacaran şəhərinə (32 km) ən cənub hissəsinin tikintisinə dair saziş imzalayıb.

Bu ölkələr tikintinin sürətlə həyata keçirilməsində maraqlıdır.

Qeyd edək ki, Qara dənizi (Gürcüstan) Körfəz (İran) ilə birləşdirən Şimal-Cənub nəqliyyat avtomobil dəhlizi İrəvan üçün ən mühüm geoiqtisadi məqsəddir. Bunun isə təşəbbüskarı İrandır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …