Cümə axşamı , Aprel 30 2026
azfa

Türkiyəli nazirdən Zəngəzur dəhlizi barədə açıqlama verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlər sürətlə davam edir.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülqədir Uraloğlu deyib.

O bildirib ki, şərq-qərb istiqamətində kommersiya potensialını artırmaq üçün Zəngəzur dəhlizini həyata keçirməyə çalışırıq:

“Azərbaycan tərəfindən bu istiqamətdə işlər sürətlə davam edir. Naxçıvan Muxtar Respublikası istiqamətində də işlər görülür. Biz də Dilucu, İğdır və Qars arasında da bu ilin sonunda və ya gələn ilin əvvəlində bu istiqamətdə işə başlamağı düşünürük”.

Nazir qeyd edib ki, dəhliz ya Ermənistandan, ya da İrandan keçməklə reallaşacaq:

“Türkiyə bu alternativləri nəzərdən keçirir”.

Qeyd edək ki, A.Uraloğlu bir müddət əvvəl Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi ilə müzakirələrin davam etdiyini, İrəvanın razı olmadığı təqdirdə İrandan keçən alternativ yolun açılacağını bildirmişdi.

Həmçinin yoxlayın

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …