Şənbə , Oktyabr 17 2026
azfa

Təbrizdə etiraz edən işçilərə cinayət işi açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin “Şuniz” (Dadaş Bəradar Sənaye Şirkəti) zavodunun işçilərinə məişət şəraitlərinin ağır olmasına etiraz etdikləri üçün onlara cinayət işi açılıb.

Artıq həmin zavodun 10 işçisinə qarşı cinayət işi açıldığı bildirilir.

Azad İşçilər Birliyi bildirib ki, bu cəzalanma 28 oktyabrda işçilərin tətil aksiyası keçirmələrində fəallıq göstərmələri ilə bağlıdır.

Təbrizli işçilər qeyd edilən tarixdə əmək haqlarının ödənilməməsinə, qanunla nəzərdə tutulmuş hüquqlarının pozulmasına və iş təhlükəsizliklərinin olmamasına etiraz edərək işi dayandırmışdılar.

etirazçılar zavod rəhbərliyi və əlaqədar dövlət qurumlarının nümayəndələri ilə görüşmək istəsələr də bu baş tutmamışdı.

Azad İşçilər Birliyi bildirib ki, 10 işçiyə qarşı cinayət işinin açılması başqa işçiləri qorxudub və susdurmaq məqsədi daşıyır.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …