Bazar ertəsi , Avqust 24 2026
azfa

Güney Azərbaycanda vərni xalçası beynəlxalq qeydiyyata alınacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Şərqi Azərbaycan vilayətindəki Mədəni İrs Təşkilatı bildirib ki, vərninin qeydiyyata alınması ilə bağlı proses 2020-ci ildə Əhər şəhərinin vərni paytaxtı elan edilməsindən sonra başlayıb.

Qeyd edək ki, xovsuz xalça növü olan vərni Güney Azərbaycanın Qaradağ mahalında ən yayılmış əl işlərindən biridir.

Burada yarımköçəri yaşayan əhalinin qadınlarının 40%-i vərni toxuyur və bu, onların əsas gəlir mənbələrindən biri sayılır.

Hər il burada toxunan 4 min kvadratmetr vərni müxtəlif bölgələrə və xarici ölkələrə ixrac edilir.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …