Şənbə , Oktyabr 17 2026
azfa

Həkim rəyinə baxmayaraq molla rejimi Pərviz Siyabini həbsxanaya qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, həbsə dözümlülüyün olmasına dair həkim rəyinin olmasına baxmayaraq, Ərdəbil şəhərindən olan hüquqşünas və mədəni fəal Pərviz Siyabi həbsxanaya qaytarılıb.

Səhəttində problemlər olan 74 yaşlı hüquqşünas bir müddət əvvəl tibbi məzuniyyətə buraxılmışdı. Pərviz Siyabinin müalicə olunması ilə bağlı 5 nəfərdən ibarət həkim heyətinin arayış verməsinə baxmayaraq, onun müalicəsinin davam etdirilməsinə icazə verilməyib.

Lakin həkim rəyinin olmasına baxmayaraq, tanınmış ağsaqqal fəal yenidən zindana qaytarılıb.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. 

Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …