Həbsdə olan azərbaycanlı milli fəaldan heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminhəbs etdiyi Təbriz sakini olan Güney Azərbaycan Milli Hərəkatının fəallarından Əli Babayi barədı heç bir əlumat verilmir.

Sentyabr ayında Təbrizin ETTELAAT İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Əli Babayi 2 aya yaxındır ki, ailəsi ilə əlaqə saxlamayıb.

Məlumata görə, Əli Babayinin həbsindən sonra ETTELAAT İdarəsinin rəsmiləri milli fəalın ailəsi ilə görüşməsinə və telefon əlaqəsi saxlamasına mane olublar.

Bununla yanaşı, milli fəalın tibbi müalicəsinə icazə verilmədiyi üçün ailəsi onun səhhətindən narahatdır.

Qeyd edək ki, Əli Babayi sentyabrın 13-də bir qrup azərbaycanlı milli fəalla birlikdə yaxalanıb.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …