Şənbə , Oktyabr 17 2026
azfa

ABŞ İranın hərbi qurumlarını maliyyələşdirənlərə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İranın hərbi qurumlarını maliyyələşdirən 20-dən çox şəxsə və quruma sanksiya tətbiq edib.

Yayılan məlumata görə, ABŞ Dövlət Departamenti İran Silahlı Qüvvələrinin Müdafiə və Logistika bölməsini və Sepah-ın “Qüds”  qanadı üçün maliyyə yardımı şəbəkəsində iştirak edən 20-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Bununla bağlı ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, yerli və xarici şirkətlər şəbəkəsi vasitəsilə həyata keçirilən İran mallarının satışı molla rejiminin Həmas və Hizbullah kimi  qruplaşmalara dəstəyini davam etdirməsinə yardım edən maliyyə mənbəyi hesab olunur.

Həmçinin yoxlayın

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …

Bölgə sakinlərinin etirazlarına baxmayaraq, İran rejimi Azərbaycan sərvətlərinin talanına yenidən başlayıb

GADTB: Həsəno meşələri ətrafındakı kəndlərin, xüsusilə Kələm kəndinin sakinlərinin geniş etirazlarına və təbii sərvətlər və …