Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Hüseyn Azadi zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Hüseyn Azadi  zaminə buraxılıb.

Güney Azərbaycanın Qoşaçay (Miandoab) şəhərindən olan Güney Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Azadi  dünən məhkəmə başa çatana qədər 500 milyon tümən girov müqabilində Təbrizdə rejimin həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Qeyd edək ki, həmin azərbaycanlı milli fəal sentyabrın 23-də Təbrizin Bağmeşə şəhərciyində molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilimişdi.

Hələlik fəala qarşı irəli sürülən ittiham barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …