Çərşənbə , Sentyabr 9 2026
azfa

Tanınmış azərbaycanlı mədəniyyət xadimi Təbrizdə dəfn edildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 5-də dünyasını dəyişən azərbaycanlı mədəniyyət xadimi Əli Cəngcuy Xalitabadi bu gün saat 12-də Təbrizin “Vadi rəhmət” qəbristanlığında dəfn edilib.

Keçirilən dəfn mərasiminə çox sayda mədəniyyət xadimi və fəallar qatılıb. Dəfn mərasiminə toplaşan mədəniyyət xadimləri, tanınmış şair və yazıçılar, sənətçilər Azərbaycan dilində çıxış edib, şeirlər səsləndirib və “Azərbaycan Azərbaycan” marşını ifa ediblər.

Mərasim iştirakmıları “Azərbaycan sənin başın sağ olsun- Böyük kişi yolun davamlı olsun” və s. şüarlar səsləndirəriblər.

Molla rejimin məmurları mərasimə müdaxilə edib və mərasimdə iştirak edən Hadi Quluzadə adlı mədəni fəal həbs edilərək naməlum yerə aparılıb.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …