Cümə axşamı , May 7 2026
azfa

”GÖKTÜRK-2” peyki Yer kürəsi ətrafında 60 min dəfə dövr edib

GADTB: Türkiyənin ”GÖKTÜRK-2” peyki 11 ildə Yer kürəsi ətrafında 60 min dəfə dövr edib.

Bu barədə Milli Müdafiə Nazirliyinin (MSB) rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

“11 il əvvəl bu gün kosmosa buraxdığımız ”GÖKTÜRK-2” peykimiz Yer kürəsinin ətrafında 60 min dəfə dövr edib və görüntülər çəkib”,-deyə paylaşımda vurğulanıb.

Paylaşımda ”GÖKTÜRK-2”nin xüsusiyyətləri barədə də məlumat verilib.  Məlumata əsasən, ”GÖKTÜRK-2” ilə dünyanın istənilən yerindən coğrafi məhdudiyyət olmadan yüksək keyfiyyətli şəkillər çəkilə bilər.

18 dekabr 2012-ci ildə Türkiye vaxtı ilə saat 19.12-də Çindən kosmosa buraxılan ”GÖKTÜRK-2” peyki  Hərbi Hava Qüvvələri Komandanlığının tərkibindəki Kəşfiyyat Peyk Taburu Komandanlığı personalı tərəfindən 24 saat idarə olunur.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …