Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

ETTELAAT İdarəsinin təzyiqi ilə Mustafa Quluzadə ilə (Duman) müqavilə ləğv edilib

GADTB: Marağada yaşayan azərbaycanlı idmançı Mustafa Quluzadənin fəaliyyət müqaviləsi ETTELAAT İdarəsinin təzyiqi nəticəsində ləğv edilib və əmək haqqı bloklanıb.

Cənab Quluzadə bundan əvvəl də mədəni fəaliyyətinə və Urmiya gölünün hökumət tərəfindən qəsdən qurudulmasına etiraz etdiyinə görə polisin kəşfiyyat idarəsi tərəfindən çağırılıb və həbs edilmiş, hətta əmək haqqı hüquqları bloklanmışdı.

Cənab Quluzadə video muraciət yayaraq, ölkənin siyasi rəsmilərinə və Marağa prokuroruna müraciət edərək bildirib ki, mən uzun illər Azərbaycan idmançısı kimi çoxlu çətinliklərə sinə gərərək ölkəyə medal qazandırmışam. Millətin yanında olaraq, ədalət libasını geyinib Azərbaycan millətinin ibtidai hüquqlarını müdafiə edəcəyəm. Millətin hüquqlarını tapdalayanlara deyirəm ki, millətin qulluqçusunu və xainini zaman müəyyən edəcək.

“El özü yaxşını pisdən seçəcək və təkcə millətinə bağlı olan yükəsləcək”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …