Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Azərbaycanlı fəallar Zənganda müstəmləkəçiliyə qarşı etiraz banneri quraşdırıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli fəal İran hökumətinin məzlum millətlərə, xüsusən də Güney Azərbaycanda yaşayan Azərbaycan türk millətinə qarşı qərəzli və müstəmləkə siyasətinə etiraz olaraq şəhərdə banner quraşdırıblar.

Azərbaycanlı fəalların şəhərdə quraşdırdığı etiraz bannerində yazılıb:

“Məzlum xalqların mədənlərini və təbii sərvətlərini talamaq, şər dolu paniranizm sistemi tərəfindən Urmiya gölü kimi təbii ekosistemlərin məhv edilməsi nəticəsində iqlim dəyişikliyini, yandırılmış torpaq strategiyasının və məcburi köç planının məzlum xalqların coğrafiyasında həyata keçirilməsini pisləyirik”.

Qeyd edək ki, azərbaycanlı fəallar son illərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində belə bannerlər quraşdırmaqla irqçi fars-molla rejimin Azərbaycana qarşı müstəmləkə siyasətinə etiraz edirlər.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …