Çərşənbə , May 6 2026
azfa

İnsan haqları təşkilatından molla rejimin Qaraqışlaq kəndinə hücumuna etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Dərnəyi – ADAP molla rejimin azərbaycanlıların kəndinə vəhşicəsində hücumu pisləyib.

Həmin Cəmiyyət bəyanat yayaraq, Qərbi Azərbaycan əyalətinin Qaraqışlaq kəndində tutulanların buraxılmasını tələb edib.

Bəyanatda deyilir: “Bu dərnək dünən keçirilən dinc ekoloji etirazlarda tutulanların dərhal azad edilməsini və Salmasın ETTELAAT İdarəsinin rəisindən cinsi zorakılıq təhdidlərinin araşdırılmasını tələb edir. ADAP ictimai təhlükəsizliyin vacibliyini vurğulayaraq ətraf mühit qanunlarına ciddi əməl olunmasını istəyir.

ADAP hökumətin ətraf mühitin mühafizəsi qaydalarına məhəl qoymamasına görə məsuliyyət daşıdığını vurğulayır və Güney Azərbaycanın Marağa, Salmas və digər çirkləndirilmiş bölgələrində Kave Soda duz zavodunun fəaliyyətinin təcili dayandırılmasına çağırış edir. Tehran müxtəlif etnik xalqların yaşadığı bölgələrdə istismarçı fəaliyyətlərinə son qoymalıdır. Dərnək BMT, beynəlxalq insan haqları təşkilatları və ətraf mühit qruplarını rejimin addımlarını fəal şəkildə izləməyə çağırır”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Qaraqışlaq kəndinin sakinlərinin haqlı tərələblərinə məhəl qoymayıb və kənd əhalisinə hücum edərək, onları döyüb və çox sayda əhalini yaxalayıb. Eyni zamanda rejimin məmurları sakinləri təcavüzlə hədələyib.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …