Molla rejimi İraq və Suriyaya raket zərbələri endirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin terrorçu Sepah təşkilatı Kerman və Bəluçistanda Xorasan İŞİD-nin bomba hücumuna cavab olaraq Əfqanıstan və Pakistan yerinə İraq və Suriyaya raket zərbələri endirdi.

Gecə saatlarında Sepah İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə balistik raketlərlə zərbə endirib. Bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində guya MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib.

“Röyters” isə partlayış səslərinin Ərbil şəhərinin 40 kilometrliyində, ABŞ konsulluğuna yaxın ərazidə eşidildiyini yazıb.

Sepah yaydığı bəyanatda hücumun komandirlərinin öldürülməsinə cavab olduğunu bildirib.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …