Çərşənbə , Sentyabr 23 2026
azfa

“Azərbaycanlı milli fəalların səsinə səs verək!” kompaniyasına start verilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda molla rejimin həbs etdiyi azərbaycanlı fəalların azadlığa buraxılmaları tələbi ilə kompaniyaya başlanılıb.

Molla rejimin həbs etdiyi Yürüş Mehrəlibəylinin qardaşı Yılmaz video paylaşaraq, azərbaycanlılardan rejimin həbs etdiyi azərbaycanlı fəalların səslərinə səs verib, onları dəskətləmələrini istəyib.

Yılmaz Mehrəlibəyli deyib:“Yürüş və həmçinin həbsdə olan digər milli fəallarımız Pərviz Siyabi, Əli Rəzizadə, Milad Cəlili və İbrahim Rəşidi yurdumuzun azad olunması və xalqmızn səadəti üçün fəaliyyət ediblər.

Mən Yılmaz işkəncə olunan Yürüşün qaradşı kimi yox, bir azərbaycanlı kimi siyasi fəallarımızı dəstəkləyirəm. Siz də səsimizə səs verin!”.

Yılmaz Mehrəlibəylinin həmin paylaşımdan sonra “Azərbaycanlı milli fəalların səsinə səs verək!” kompaniyası başlanıb.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …