Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimin Qaraqışlaqda əhaliyə qarşı təzyiqləri davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məhkəmə və ETTELAAT orqanları hələ də kənd sakinlərinə məxsus müsadirə edilən 15 avtomobili buraxmaqdan imtina edir.

Əsasən, mikroavtobuslardan ibarət olan bu avtomobillər kənd camaatının dolanışıq və gəlir vasitələridir.

Həmçinin kənddə çox sayda avtomobil ETTELAAT qüvvələrinin hücumları nəticəsində zədələnib, şüşələri sındırılıb və ümumiyyətlə avtomobillərə ziyan dəyib.

Molla rejimin ETTELAAT qüvvələrinin kənd əhalisini hücum zamanı insanlara vurduğu ziyana görə heç bir orqan məsuliyyəti üzərinə götürməyib.

İrqçi fars-molla rejimin orqanları təzyiqlərini davam etdirərək kənd sakinlərinin müqavimətlərini qırmağa çalışırlar.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …