Şənbə , İyul 11 2026
azfa

Tanınmış azərbaycanlı fəal Yürüş Mehrəlibəylinin müvəqqəti həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı milli fəal Yürüş Mehrəlibəylinin həbsindən 77 gün keçir.

Azərbaycanlı fəal hələ də Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında təkadamlıq kamerada həbsdə saxlanılır.

Molla rejimin qüvvələri azərbaycanlı milli fəala təzyiq göstərmək məqsədi ilə onu vəkili ilə görüşdən və ailəsi ilə telefonla danışmaqdan məhrum ediblər.

Qeyd olunub ki, Yürüş Mehrəlinin 5 yaşlı Turan və 17 yaşlı Tatar adlı iki oğlu 77 gündür ki, atalarından xəbərsizdir.

Qeyd edək ki, bir neçə gün öncə Güney Azərbaycanda həbs edilən azərbaycanlımilli fəalların azadlığa buraxılması üçün kampaniya başladılıb.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …