Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 mindən çox qadın həbs edilib.

Məlumata əsasən, həmin dövrdə 9 qadın edam olunub, 250 qadın isə yanvar ayındakı etirazlar zamanı həyatını itirib.

Bildirilir ki, saxlanılan şəxslərin bir qisminin kimliyi müəyyənləşdirilib və onların arasında 18 yaşdan kiçik yeniyetmələrin də olduğu açıqlanıb.

Hesabatda, habelə, 44 qadın fəal barəsində ümumilikdə 211 il həbs cəzası çıxarıldığı vurğulanıb. / Azad İran

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …