Cümə , Sentyabr 18 2026
azfa

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı Əli Ənsariyə qarşı sanksiyaların tətbiq edilməsindən sonra X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Vaşinqton İran İslam Respublikasının rəhbərliyini və rejimin digər yüksək vəzifəli nümayəndələrini qlobal maliyyə sistemindən təcrid etməklə yanaşı, müəyyən edilərək dondurulan aktivləri İran xalqı üçün qoruyub saxlayacaq.

Skott Bessent paylaşımında qeyd edib:

“Özünü ali rəhbər adlandıran şəxs rejimi dağılarkən təcrid olunmuş vəziyyətdə gizlənir. Maliyyə Nazirliyi onu və rejimin digər yüksək vəzifəli nümayəndələrini qlobal maliyyə sistemindən təcrid etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməyə davam edəcək. Biz bu aktivləri İran xalqı üçün qoruyub saxlayacağıq.”

Həmçinin yoxlayın

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …