Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmasına razılıq verdi

GADTB: Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmasına razılıq verib.

Bununla bağlı sənədin Ratifikasiyası Türkiyə Böyük Millət Məclisinin plenar iclasında təsdiq edilib. İsveçin NATO-ya qəbulunun lehinə 287 deputat, əleyhinə isə 55 deputat səs verib.

Sənəd imzalanmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana göndərilib.

Qeyd edək ki, İsveçin müraciətini hələ təsdiq etməyən yeganə ölkə Macarıstandır.

Türkiyə Böyük Millət Məclisinin Komissiyası İsveçin NATO-ya daxil olması ilə bağlı ratifikasiya protokolunu 2023-cü il dekabrın 26-da təsdiqləyib.

Qeyd edək ki, İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə və Macarıstan istisna olmaqla, alyansın bütün ölkələri onun üzvlüyünü ratifikasiya edib. Türkiyə İsveçdən terrorçulara sığınacaq verilməsi qaydalarına yenidən baxılmasını tələb edib.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …