Cümə , Oktyabr 16 2026
azfa

Azərbaycanlı uşağa 2 il mübarizədən sonra Alpaslan adına doğum şəhadətnaməsi verilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı uşağa 2 il mübarizədən sonra Alpaslan adına doğum şəhadətnaməsi verilib.

Alpaslanın atası 27 ay hüquqi mücadilə və məhkəmələrdə iddia qaldırmaqla övladına türk adı ilə doğum şəhadətnaməsi almağa müvəffəq olub.

Məhkəmənin qərarı ilə Təbrizdədə rejimin Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi azərbaycanlı uşağa türkcə ada yəni Alpaslan adına doğum şəhadətnaməsi verməyə məcbur olub.

Alpaslanaın atası Mustafa Əvəzpur İranın Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin Azərbaycan türklərinə qarşı düşmənlik siyasətini tənqid edərək bildirib ki, 2 il 3 ay ərzində körpəsinin doğum şəhadətnaməsi olmadığına görə onun vaksinasiyasını vaxtında həyata keçirə və adına müalicə dəftərçəsi ala bilməyib.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı valideynlərə öz övladların öz dillərində ad qoymağa mane olmaqla və öz dillərində təhsili qadağan etməklə, onları bir millət kimi məhv etməyə çalışır.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …