Şənbə , Oktyabr 17 2026
azfa

Qazaxıstan və Türkiyə hərbi təlim keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qazaxıstan və Türkiyə bu il “Pələng yolu-2024” adı altında birgə hərbi təlim keçirəcək.

“Kazinform”un xəbərinə görə, 2024-cü ildə Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən bir sıra beynəlxalq hərbi təlimlərin keçirilməsi planlaşdırılır. Bu çərçivədə Qazaxıstan və Türkiyə Silahlı Qüvvələri arasında “Pələng yolu-2024” birgə hərbi təlimi ilə yanaşı, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın birgə “Birlestik-2024” təlimi keçiriləcək.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sülh Qüvvələrinin “Sarsılmaz qardaşlıq” birgə təlimi bu ilin payızında Qazaxıstanın ev sahibliyi ilə olacaq.

Özbəkistan, Qırğızıstan, Tacikistan və Belarusla ikitərəfli birgə təlimlər keçirməyi planlaşdıran Qazaxıstan Silahlı Qüvvələri Xəzər dənizi ölkələri Azərbaycan, İran və Rusiya ilə birgə hərbi dəniz təlimlərində də iştirak edəcək.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …