Bazar , Oktyabr 18 2026
azfa

Qərbi Azərbaycan İcmasından Ben Kardinin fəaliyyətinə kəskin tənqid

GADTB: Qərbi Azərbaycan İcması senator Ben Kardinin Azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyib. Bununla bağlı İcma bəyanat yayıb.

Bəyanatda bildirilib ki,“beynəlxalq ictimaiyyət” təkcə ABŞ senatından ibarət deyil.

“Qondarma “amerikan müstəsnalığı”nın əsiri olan Ben Kardinə görəsən kim “beynəlxalq ictimaiyyət” adından danışmaq səlahiyyəti verib?!

Beynəlxalq ictimaiyyət dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına 4 il rəhbərlik edən Azərbaycana 120 ölkənin etimadıdır. Beynəlxalq ictimaiyyət dünyada ən böyük tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələridir”.

Bəyanatda o da diqqətə çatdırılıb ki, səlibçi düşüncəli Ben Kardin insan hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-nin özündə yerli amerikanların hüquqlarının təmin olunması ilə məşğul olsun, polis vəhşiliyinə, silahlı zorakılığa qarşı səsini qaldırsın.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …