Bazar , Sentyabr 20 2026
azfa

Urmiya gölünün su ilə cüzi dolması yağıntıların işidir, hakimiyyətin deyil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hakimiyyətinin Ətraf Mühit Təşkilatının keçmiş rəsmisi İsa Kalantəri Urmiya gölünün su ilə cüzi dolması yağıntıların işi olmasına etiraf etdi.

İsa Kalantəri Azərəncümən xəbər portalına müsahibəsində İran hakimiyyətinin göl barədə planı olmadığını qeyd edib.  

İsa Kalantəri həmçinin deyib: “Sevindirici haldır ki, ötən həftədə 50 millimetrdən artıq yağıntıdan sonra cüzi yaxşılaşma müşahidə olunub, lakin onun bərpasına məsuliyyət daşıyanların düşünmədikləri tək məsələ gölün bərpa olunmasıdır. Onlar göl üçün özlərinin təyin etdikləri su payını bəndlərdən buraxmadılar. Onun problemlərinin həllinə heç bir plan hazırlamayıblar. Hətta ölkə rəsmilərinin çıxışlarında da bu problem üzərində dayanılmır. Belə görünür ki, artıq Urmiya gölünün bərpa olunmasını düşünmürlər və öz halına buraxıblar”.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …