Molla rejimi azərbaycanlı körpəyə hələ də doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Murtaza Nurməhəmmədinin övladına türk adı olan Hunay adına görə 6 aydır doğum haqqında şəhadətnamə vermir.

Azərbaycanlı milli fəal 2023-cü il setyabrın 9-da Sufyan şəhərində rejimin Vərəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə telefon zəngi ilə dəvət edilərək, milli fəaliyyətlərinə görə İran hökumətinin ETTELAAT qüvvələri tərəfindən həbs edilib.

Rejimin məmurları orada azərbaycanlı milli fəala bildirilib ki, qızına türk adı verdiyi üçün şəhadətnamə ala bilməyəcək.

Qeyd edək ki, Murtaza Nurməhəmmədi Təbrizin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təkadamlıq kamerasında 80 gün saxlandıqdan sonra girov qarşılığında müvəqqəti zaminə buraxılıb.

İrqçi fars-molla rejimi azərbaycanlı valideynlərə öz övladların öz dillərində ad qoymağa mane olmaqla və öz dillərində təhsili qadağan etməklə, onları bir millət kimi məhv etməyə çalışır.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …