Avstriyalı deputat həbsdə olan azərbaycanlı öyrənciyə siyasi zamin duruub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstriya parlamentinin üzvü Faika əl-Nəqqaşi Təbriz molla rejimin həbsdə saxladığı azərbaycanlı qadın öyrənci vəfəal Armita Pavirə siyasi zamin durmağa hazır olduğunu bildirib.

Avstriyalı millət vəkili fevralın 13-də Vyanda BMT-nin binası önündə hüquq müdafiəçilərinin etiraz aksiyalarına qatılaraq, güneyli siyasi məhbusların azadlığa buraxılmalarını istəyib.

Qeyd edək ki, Armita Pavir Təbrizin “Şəhid Mədəni” Universitetinin molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi olub. O, 2022-ci ildə İran rejiminə qarşı xalq etirazlarının ildönümünə üç gün qalmış həbs edilib.

Psixoloji işgəncələr və ağır məhdudiyyətlər altında həbsdə olan Armita Pavir daha öncə göyərtəsində 176 sərnişin olan Ukrayna sərnişin təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında Sepah tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə bir il müddətinə təhsildən məhrum edilmişdi.

Bu yaxınlarda Azərbaycanlı öyrəncinin vəkili Qasım Bodi fevralın 11-də Təbrizdə rejimin zindanın rəhbərliyi azərbaycanlı öyrənci fəalı Armita Paviri “Razi” ruhi xəstələr dispanserinə köçürməyə çalışdığını bildirmişdi.

Azərbaycanlı vəkil bununla bağlı “X” hesabında yazıb: “Bizə Armita Pavirdən gələn səs yazısına əsasən, zindan rəhbərliyi onu dispanserə bağlamağa çalışır. Bununla yanaşı, Təbriz zindanında cəza çəkən bir qrup qadın da Armitanın başlatdığı aclıq aksiyasına qoşulub”.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …