Cümə , Oktyabr 16 2026
azfa

Xıyovda Ana Dili Günü münasibətilə Azərbaycan türkcəsində kitablar paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan Milli Hərəkatının fəalları Xıyov (Meşkinşəhr) şəhərində 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə məktəblilər arasında Azərbaycan türkcəsində hekayə kitabları paylayıblar.

“Kimlik qalamız, ana dilimiz” şüarı altında keçirilən mədəni aksiya ilə azərbaycanlı fəallar rejimə irqçi siyasətinə görə öz etiraqzlarını bildiriblər.

Qeyd edək ki, müstəmləkə siyasəti yeridən irqçi fars-molla rejimi Azərbaycan türkcəsini qadağan etməklə Azərbaycan türk millətini bir millət kimi məhv etmək istəyir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, bu prinsipin həyata keçirilməsinə mane olur və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …