Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal zaminə buraxılıb.

Tehranın Evin zundanının 209-cu bölməsində həbsdə saxlanılan Azərbaycan Milli Hərəkatının fəallarından olan Salar Tahir Əfşar dünən 800 milyon tümən  girov qarşılığında istintaq prosesi başa çatana qədər zaminə buraxılıb.

Azərbaycanlı milli fəalın bacısı Sevda Tahir Əfşar öz “İnstaqram” hesabında bununla bağlı məlumat paylaşıb.

Qeyd edək ki, Salar Tahir Əfşar bu ilin fevralın 6-da İran ETTELAAT qüvvələri tərəfindən evlərinə hücum edilərək həbs edilmişdi. Azərbaycanlı fəal və ailə üzvlərinə molla rejimin məmurları vəhşicəsinə zor tətbiq etmişdilər.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …