Cümə , Oktyabr 16 2026
azfa

Qazaxın kəndlərinə girən 24 erməni saxlanıldı

GADTB: Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərinə qanunsuz olaraq girən 24 nəfər saxlanılıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin əməkdaşı Zarzand Qabrielyan məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslər qanunsuz silah və döyüş sursatı gəzdirmək və saxlamaqda şübhəli bilinərək saxlanılıb və Daxili İşlər Nazirliyinin ərazi bölmələrinə təhvil verilib.

Qeyd edək ki, Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərinə girməyə çalışan “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilmişdi. Həmçinin birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı barədə məlumatlar yayılmışdı.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …