Çərşənbə , Avqust 26 2026
azfa

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial şəbəkələr tərəfindən Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıb.

Geniş həcmdə yayılan hesabatda molla rejimin müxtəlif bəhanələrlə həbs və işgəncələrə məruz qoyduğu azərbaycanlı fəallarla bağlı hesabat da öz əksini tapıb. Hesabatda qeyd edilib ki, 2023-cü ildə də Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri arzularının həyata keçirilməsi istiqamətində daim fəaliyyət göstərdikləri üçün İran hökumətinin ETTELAAT qüvvələrinin təqiblərinə məruz qalıblar.

Azərbaycanlı milli fəallar saxta ittihamlarla dəfələrlə uzunmüddətli həbs cəzalarına məhkum edilib və ETTELAAT orqanlarına çağırılaraq hədələniblər.

Yayılan məlumata görə, İranın Məhkəmə Sistemi təkcə 2023-cü ildə azərbaycanlı fəallara ümumilikdə ən azı 80 il, 10 ay 6 gün həbs, 70 şallaq cəzası və 510 milyon rial cərimə cəzası kəsib.

https://t.me/GADTB1/34083

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …