Rafael Qrossi: “İran hökuməti nüvə gücünü artırır”

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən bildirib ki, İran hökuməti öz nüvə potensialını artırır və Beynəlxalq Atom Enerjisi Agentliyi bunu aktiv şəkildə təftiş etsə də, yoxlamalar kifayət etmir.

Məlumata görə, Rafael Qrossi vurğulayıb ki, İran hökumətinin nüvə proqramı çox mürəkkəb və müxtəlif cəhətlərə malik olsa da, İranın düşüncəsi uranın maksimum zənginləşdirilməsini artırmağa yönəlib.

“MAQATE müfəttişləri öz təftiş vəzifələrini tam səlahiyyətlə yerinə yetirə bilməlidirlər, ancaq hazırda yoxlamalar atom proqramı ilə bağlı məsələnin mahiyyətinin tələb etdiyi həcmdə və dərinlikdə aparılmır, çünki İran rəsmiləri buna icazə vermirlər”, – deyə, Qrossi əlavə edib. / Azad İran

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …