Bazar , Oktyabr 18 2026
azfa

İranlı millət vəkili: “İsrailin Azərbaycandakı səfirliyini vurun”

GADTB: “Entekhab” saytı xəbər verir ki, İsrailin İranın Dəməşqdəki konsulluğuna hava hücumundan sonra İran parlamentində Azərbaycana qarşı təhdid səsləndirilib.

Bu riyakar çıxışlardan biri İran_parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuçidən gəlib. O, dünən “X” hesabında yazıb:

– “Sionistlərin” İran ərazisinə hərbi hücumuna istənilən başlıq altında qətiyyətli və oxşar cavab verməkdə süründürməçilik, səbir və gecikmə İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir.

– Mənim təklifim odur ki, “sionistlərin” region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”./ Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …