ABŞ-la türk ölkəsi Özbəkistan arasında 4,5 milyardlıq müqavilə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Özbəkistan prezidenti Şövkət Mirziyayevlə ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilib.

Bu barədə informasiyanı Özbəkistan prezidentinin mətbuat xidməti yayıb. Görüş zamanı tərəflər arasında 4,8 milyard dollarlıq müqavilə imzalanıb. Tərəflər bundan sonra da iqtisadi əməkdaşlığın və ticarətin gücləndirilməsiylə bağlı razılıq əldə ediblər. Xüsusilə, əməkdaşlığın kənd təsərrüfatı, energetika, kimya, maliyyə, turizm, tekstil sənayesi, səhiyyə sahəsində inkişaf etdirilməsi istənilib.

Mirziyayev görüş zamanı Əfqanıstan məsələsində ABŞ-a bundan sonra da dəstək verəcəyini deyib.

Qeyd edək ki, Mirziyayevin səfərindən öncə onun ABŞ-la 8,5 milyard dollarlıq layihələr imzalayacağı bildirilirdi.

 

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın