Bazar ertəsi , May 11 2026
azfa

Azərbaycanlı fəal Əlirza Fərşi prokurorluqda dindirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, tanınış azərbaycanlı fəal Əlirza Fərşinin istintaq prosesi Mərənddə rejimin Prokurorluğunun 4-cü şöbəsində keçirilib.

Azərbaycanlı fəal bu barədə öz İnstaqram səhifəsində paylaşım edərək məlumat yayıb.

O, bildirib ki, “İran İslam respublikası sisteminə qarşı təbliğat” ittihamı üzrə dindirilib: “Prokuror yardımçısı mənim İnstaqram payalşımlarımdan ibarət xeyli sayda vərəqlərə baxaraq istifadə olunmuş terminlər barədə şifahi sulları irəli sürdü”.

Əlirza Fərşi 1 saat çəkən prosesdə müstəntiqin , o cümlədən “totalitar, eleminasiya, assimilyasiya, milli hərəkat, Urmu gölünün qurudulması, Pişəvəri, İranın tacik prezidentləri terminlərindən məqəsədinin nə olduğu?” sullarını cavablandırıb.

Azərbaycanlı fəal özünün paylaşımlarındakı “hökumət tərəfindən Urmiya gölünün qurudulması”, “separatizm və irqçiliyə çağırış”, “İranın tacikvari respublikası” və “Azərbaycan Demokrat Firqəsinin banisi Pişəvərinin” ifadələr görə yazılı izahat alındığını deyib.

Fərşi həmçinin yazıb: “Nəhayət prokuror yardımçısı ifadələrimin imzalanmasını tələb edərək və məndən hər hansı mülk sənədi qoyuluşu tələb etmədən və öhdəlik almadan prukurorluqdan çıxmağıma icazə verdilər”.

Qeyd edək ki, azərbaycanlı milli fəal Əlirza Fərşi 4 illik həbs cəzasının 3 il 3 ayını çəkdikdən sonra 2023-cü il fevralın 8-də Evin həbsxanasından müvəqqəti azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …