Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı fəal Kərim İsmayılzadə tutularaq zindana salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəal, tanınmış idmançı Kərim İsmayılzadəni aprelin 17-də həbs edərək, 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına köçürüb.

Ətraf mühit fəalı Kərim İsmayılzadə bundan öncə Təbrizin İnqilab Məhkəməsi tərəfindən “insanları sosial mediada zorakılığa təhrik və dəvət etmək”də təqsirləndirilmişdi.

Kərim İsmayılzadə bir müddət əvvəl Urmiya gölündə törədilən ekoloji fəlakət və İran hökumətinin problemə etinasızlığı ilə bağlı çıxışlarından sonra yenidən basqılara məruz qalmışdı.

Azərbaycanlı fəal, ekoloji problemə diqqət cəlb etmək üçün “Urmu və Araz üçün birlik” adı altında kampaniya da başlatmışdı.

Qeyd edək ki, azərbaycanlı idmançı və fəal bu fəaliyyətinə görə 6 ay həbs cəzasına məhkum edilib, bununla yanaşı, Təbriz prokuroru ona daha ağır cəza verilməsini istəyirdi. O, dəfələrlə milli-mədəni fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …