Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının tətbiqinin sərtləşdirilməsinə etiraz olaraq dərsləri dayandırıblar.

Tələbələr Birliyinin sosial media hesabının məlumatına görə, aprelin 21-dən başlayaraq, kompüter mühəndisliyi, energetika, sənaye, toxuculuq və riyaziyyat fakültələrində dərslər dayandırılıb.

Tətil 200 tələbənin məcburi hicab qaydalarını pozduqları bəhanəsi ilə universitetə buraxılmamasından sonra başlayıb.

Qeyd edək ki, aprelin 13-dən ba.da Tehran olmaqla İranın bir neçə şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib. Bu, bir müddət əvvəl isə Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonraya təsadüf edir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …