Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin ətraf mühitlə bağlı dağıdıcı fəaliyyətlərini ifşa etdiyinə görə işindən kənarlaşdırılıb.

O, Şərqi Azərbaycanda Kənd Təsərrüfatı və Təbii Sərvətlər Tədqiqat Mərkəzinin direktoru vəzifəsindən uzaqlaşdırılıb.

Bayburdi hökumətin Araz çayı, Urmiya gölü və Güney Azərbaycan meşələrinin çirkləndirməsi ilə bağlı fəaliyyətlərini üzə çıxardığı üçün vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, ekofəal daha öncələr də müxtəlif dövlət şirkətləri tərəfindən Güney Azərbaycanın ətraf mühitinin məhv edilməsi haqqında xəbərdarlıq etmişdi.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …