Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində Ərdəbildə su böhranı yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars0molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində Ərdəbildə su böhranı yaşanır.

Ərdəbil əyalətinin Regional Su Şirkətinin İstismar və İnkişaf İdarəsinin rəisi Fərahim Kazimi Azər deyib ki, Ərdəbil əyalətində su çatışmazlığı böhranı yaşanır, istifadəçilər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlər bu reallığı qəbul edib və sudan istifadəyə qənaət etməlidirlər.

O, qaydasız istismar nəticəsində yeraltı su ehtiyatlarının sürətlə tükəndiyini və yaxın vaxtlarda su çatışmazlığı böhranının dahada dərinləşəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, molla rejimi Güney Azərbaycanda qəsdən çox su istifadə edən məhsulların yetişdirilməsini planlaşdırıb, eyni zamanda sudan qeyri-standart istifadə edilməsi nəticəsində bu vilayət su böhranı ilə qarşı-qarşıya qalıb.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …