Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İranda məcburi hicab qaydalarının tətbiqi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, İran hökuməti məcburi hicab qanunlarını ləğv edərək, bu qanunlara əməl etməyən qadın və qızların cəzalandırılmasına son qoymalı və məcburi hicaba əməl etmədiyi üçün həbs edilən bütün qadınları qeyd-şərtsiz azadlığa buraxmalıdır.

Təşkilat İrşad Patrolunun “Əxlaq polisi” fəaliyyətinin dərhal dayandırılmasının vacibliyini qeyd edib, qadınların hüquqlarının pozulmasında rolu olanların mühakimə edilməli olduğunu bildirib.

“İran hökumətinin repressiv qüvvələri qadınları həbs edərkən elektroşoker aparatından istifadə edirlər. Ölkədə ədalətsiz məhkəmə prosesləri keçirilir, insanlar mənasız cərimələrlə üzləşirlər”, – beynəlxalq təşkilatın bəyanatında qeyd olunub.

İnsan haqları təşkilatı İran hökumətinin məcburi hicab qaydaları ilə bağlı “Nur” layihəsini qadınlara qarşı başladılmış yeni mübarizə və müharibə kimi, məcburi hicab qaydalarını pozan qadın və qızların həbs edilməsini adam oğurluğu kimi dəyərləndirib

Qeyd edək ki, aprelin 13-dən İranın əksər şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib. Çox sayda qadın cəzalandırılıb.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …