Şənbə , Noyabr 14 2026
azfa

Ermənistanda etiraz aksiyaları başlayıb – Video

GADTB: Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali kütləvi itaətsizlik aksiyasına başlayıb.

Küçələrə çıxan əhali əsas yolları bağlayıb.

Paytaxtda yerləşən “Qələbə” körpüsü, “Azatutyan” prospekti, eləcə də Tbilisi şossesində də hərəkət dayanıb. Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Polis bu tələbə məhəl qoymayan etirazçıları saxlamağa başlayıb.

Eçmiədzində bu səbəbdən saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib.

Bir qrup aksiya iştirakçısı isə 7 nömrəli məktəbin qarşısında baş nazir Nikol Paşinyanın gəlişini boykot etməyə çalışıb. Bir qədər sonra isə onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Video: https://t.me/GADTB1/34919

Həmçinin yoxlayın

Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi imzalnıb

GADTB: Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi imzalnıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib …

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …