Bazar , Oktyabr 18 2026
azfa

Xaricdə yaşayan azərbaycanlı fəalın həbs edilən anası və bacısı müvəqqəti sərbəst buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyada yaşayan azərbaycanlı fəal Mehdi Kuxianın anası Firəngiz Fəthi və bacısı Əkrəm Kuxian həbs ediləndən sonra dünən müvəqqəti olaraq azadlığa buraxılıblar.

Məlumata görə, Mehdi Kuxian “Telegram” kanalında yazıb: “Anam və bacım bir neçə dəqiqə öncə buraxılıb, ancaq qardaşımın avtomobilini və ələ keçirilən elektron cihazları qaytarmayıblar”.

Qeyd edək ki, azərbaycanlı fəalın ailə üzvləri mayın 12-də molla rejimin ETTELAAT qüvvələri tərəfindən Məlik Kəndi (Məlikan) şəhərində həbs edilmişdilər. Rejimin məmurları qapı və pəncərəni sındırmaqla evə daxil olmuşdular.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …