Cümə axşamı , İyun 18 2026
azfa

1 Xordad – Güney Azərbaycanda Milli Qiyam Gününün ildönümü Ərdəbildə şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Ərdəbil şəhərində Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı 1 Xordad (22 may) Güney Azərbaycanda Milli Qiyam Gününün ildönümü münasibətilə divarlara şüarlar yazıblar.

Azərbaycanlı fəalların divarlara yazdığı şüarlar qeyd edilib: “Xordad qiyamının irsi, Azadlıq, Ədalət, Milli Hökumət!”.

Qeyd edək ki, 1 Xordad yəni 22 may tarixi 2006-cı ildə Azərbaycan türklərinin kütləvi şəkildə etiraza qalxması və molla rejimin etirazçılara qanlı divan tutması ilə yaddaşlarda qalıb. İrqçi fars-molla rejimi tərəfindən təhqir edilən Azərbaycan türklərinin etiraza qalxması rejimin vəhşicəsində etirazları yatırmasına səbəb oldu. Bunun nəticəsində ən azı 30 azərbaycanlı öldürülüb, yüzlərlə insan yaralanıb. Etirazlarda həmçinin 330 nəfər həbs edilib. Azərbaycan türkləri bununla öz müstəqilliyini əldə etmək uğrunda öz əzmlərini nümayişə qoydular.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …