Şənbə , Sentyabr 19 2026
azfa

Güney Azərbaycan şəhərlərində etirazlarda həbs olunanlar var

Güney Azərbaycanın Təbriz, Ərak və Qəzvin şəhərlərində aldadılaraq pulları əlindən alınan əhali etiraz aksiyası keçirib.

Mayın 28-də Qəzvində İranın Sepah terror təşkilatının himayəsində olan “Təravət xodro” avtomobil şirkəti tərəfindən aldadıldıqları ilə bağlı etiraz aksiyası keçirdikləri üçün həbs edilənlərdən üçünün kimliyi müəyyən edilib.

Molla rejimin məmurları Səccad Məhəmmədbeygi, Mustafa Rəncbər və Əli Beygdelini saxlayaraq naməlum yerə aparıblar.

Qeyd edək ki, adı çəkilən avtomobil şirkəti minlərlə qəzvinlinin pulunu alsa da, illərdir onların avtomobillərini təhvil verməkdən imtina edir.

Bundan əvvəl bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri,  nə də pulları qaytarılır.

Həmçinin Təbriz və Ərak şəhərlərində də oxşar aksiyalar keçirilib.

Video:

https://t.me/GADTB1/35352

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …