
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin mayın 22-də Güney Azərbaycanın Cəfərabad şəhərində həbs etdiyi azərbaycanlı fəal zaminə buraxılıb.
Azərbaycanlı fəal Əlirza Əsədpur iyunun 2-də zaminə buraxılıb.
Yaxınlarının məlumatına görə, İran ETTELAAT qüvvələri onu sosial şəbəkələrdə paylaşımlar etdiyinə görə saxlayaraq Germi şəhərində rejimin zindanına aparıblar.
Qeyd edək ki, Əlirza Əsədpur mayın 22-də Güney Azərbaycanın Muğan bölgəsinin Biləsuvar şəhərinin Cəfərabad məntəqəsində molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmişdi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi