Şənbə , Oktyabr 17 2026
azfa

TÜRKPA-ya sədrlik Azərbaycana keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Türkiyədən Azərbaycana keçib. Bu barədə TÜRKPA Şurasının Bakıda keçirilən 13-cü iclasında qərar qəbul edilib.

Belə ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş sədrliyi azərbaycanlı həmkarı Sahibə Qafarovaya təhvil verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.

Həmçinin yoxlayın

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …

Bölgə sakinlərinin etirazlarına baxmayaraq, İran rejimi Azərbaycan sərvətlərinin talanına yenidən başlayıb

GADTB: Həsəno meşələri ətrafındakı kəndlərin, xüsusilə Kələm kəndinin sakinlərinin geniş etirazlarına və təbii sərvətlər və …