Şənbə , Sentyabr 19 2026
azfa

Evin zindanında azərbacanlı milli fəallar aclıq aksiyasına başlayıblar

GADYB: 4 aydan çoxdur Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılan bir neçə azərbaycanlı milli fəal aclıq aksiyasına başlayıb. Bu barədə həbsxanadakı mənbələrə istinadən insan haqları fəalları məlumat yayıblar.

Tahir Nəqəvi və Hüseyn Pirinin də olduğu 3 nəfərlik məhbus qrupu qeyri-müəyyən şəraitdə saxlanılmasına, ETTELAAT əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıblar.

Məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını, məhkəmə iclaslarının açıq keçirilməsini tələb edirlər. Onlar istəkləri yerinə yetirilməyəcəyi təqdirdə quru aclıq aksiyasına başlayacaqları barədə xəbərdarlıq ediblər.

İrəli sürülən tələblərin təmin olunmadığı, məhkəmə iclaslarının açıq keçirilməsinə icazə verilməyəcəyi halda başqa milli məhbusların da aclıq aksiyasına başlayacaqları gözlənilir.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …