Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi hələ də azərbaycanlı fəalı qeyri-müəyyən həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi hələ də azərbaycanlı fəalı qeyri-müəyyən həbsdə saxlayır.

İyunun 2-də Tehran əyalətinin Baharistan şəhərində həbs edilən azırbaycanlı mədəni fəal, sənətçi və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsib (Sərəskənd oğlu) həbsindən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Qeyd edək ki, azərbaycanlı fəal Şərifinəsib molla rejimin tərəfindən şərlənərək “separatçı və pantürkist qrup yaratmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə əlbir olmaq”, “ictimai rəyi çaşdırmaq” və “hökumət məmurunu döymək və təhqir etmək”də günahlandırılıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …